Modern.az

Sarkisyanın işi istintaqa göndərildi

Sarkisyanın işi istintaqa göndərildi

23 Aprel 2023, 12:55

Ermənistanın eks-prezidenti Armen Sarkisyanın xarici vətəndaşlığı ilə bağlı iş Ermənistan İstintaq Komitəsinə göndərilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat verib.

 

Bundan əvvəl mətbuat Sarkisyanın ən azı prezident seçilməzdən əvvəl Karib hövzəsindəki Sent Kitts və Nevisin vətəndaşlığına malik olması barədə məlumat yaymışdı. Bildirilib ki, əslində onun prezident seçilmək hüququ yox imiş.

 

Qeyd olunub ki, iş üzrə istintaq hərəkətləri aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi