Modern.az

Boreldən Rusiyaya qarşı sanksiya açıqlaması: Hələ hazır deyil

Boreldən Rusiyaya qarşı sanksiya açıqlaması: Hələ hazır deyil

Dünya

24 Aprel 2023, 11:20

Avropa İttifaqı Rusiyaya qarşı 11-ci sanksiyalar paketini təqdim etməyə hələ hazır deyil.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borel deyib. 

 

O, "Rosatom"un da bu paketə daxil olub-olmayacağını bilmədiyini söyləyib.

 

"Aİ xarici işlər nazirləri Çinin Fransadakı səfirinin postsovet ölkələrinin natamam suverenliyi ilə bağlı bəyanatını müzakirə edəcəklər. İyun sammitində Çin strategiyası yenidən nəzərdən keçiriləcək", - Borel qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi