Türkiyə qazdan əldə edəcəyi gəlirdən istifadədə Norveç modelini tətbiq edəcək.
Modern.az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
"Norveç təbii qazının və neftinin müəyyən faizini, məsələn, 25 faizini ehtiyat kimi istifadə edib, gənclərinə ayırıb. İnşallah ki, biz də ölkəmizdə də bunu edəcəyik", - Ərdoğan deyib.