Modern.az

Gürcüstan XİN-dən Sudandakı hadisələr barədə BƏYANAT

Gürcüstan XİN-dən Sudandakı hadisələr barədə BƏYANAT

23 Aprel 2023, 18:18

"Gürcüstan vətəndaşlarının Sudandan nə vaxt çıxarılmasının mümkün olacağını deməkdə çətinlik çəkirik".

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.

 

"Vəziyyət son dərəcə mürəkkəb və gözlənilməzdir, toqquşmalar davam edir. Ona görə də Gürcüstan vətəndaşlarının nə vaxt çıxarılacağı hələlik məlum deyil. Biz onlarla daim əlaqə saxlayırıq", - nazirliyin bəyanatında deyilir.

 

Aprelin 15-dən Sudanda ordu ilə Çevik Hücum Qüvvələri arasında döyüşlər gedir. Orada 40-a qədər gürcü var, onların bəziləri Gürcüstan aviaşirkətlərinin əməkdaşlarıdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi