Modern.az

Sərnişin stansiya yoluna düşdü - Metroda qorxulu anlar

Sərnişin stansiya yoluna düşdü - Metroda qorxulu anlar

Hadisə

23 Aprel 2023, 19:36

"Memar Əcəmi" stansiyasında orta yaşlı kişi stansiya yoluna düşüb.

 

Bu barədə Modern.az-a “Bakı Metropoliteni”ndən bildirilib.

 

Stansiyaya daxil olan qatarın maşinisti dərhal qatarı saxlayıb. Metropolitenin normativ tələblərinə uyğun yüksək gərginlik çıxarılıb, həmçinin təcili tibbi yardım çağırılıb.

 

Sərnişin stansiya yolundan çıxarılıb, ilkin yardım göstərilib. Təcili tibbi yardım sərnişinin ciddi xəsarət almadığını qeydə alıb. Hadisə nəticəsində Yaşıl xətt üzrə intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal