Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Modern.az xəbər verir ki, 67 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz finalda gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb.
Rəqibinə 3:2 hesabı ilə qalib gələn Həsrət Cəfərov Avropa çempionu olub.