Modern.az

İlon Mask Ukraynaya göstərdiyi yardımın həcmini açıqladı

İlon Mask Ukraynaya göstərdiyi yardımın həcmini açıqladı

23 Aprel 2023, 20:53

"Tesla" və "SpaceX" şirkətinin qurucusu, "Twitter" mikrobloqunun sahibi İlon Mask Ukraynaya 100 milyon dollar yardım etdiyini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, yazıçı Stiven Kinqin tənqidinə cavabında bildirib.

 

Yazıçı sosial şəbəkədə "mavi işarə" üçün pul ödənilməsini tənqid edib və pulları Ukraynaya göndərməyi təklif edib. Mask isə Ukraynaya 100 milyon dollar bağışladığını deyib və yazçıdan nə qədər yardım etdiyini soruşub.

 

Qeyd edək ki, müharibənin başlanğıcından Ukraynada Maskın "SpaceX" şirkətinin "Starlink" internet şəbəkələri xidmət göstərib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi