Sudanda təhlükəsizlik qüvvələri arasında baş verən silahlı toqquşma zamanı ABŞ vətəndaşı ölüb.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.
O, Sudandakı qarşıdurmada bir Amerika vətəndaşının öldüyü xəbərini təsdiqləyib, lakin mövzu ilə bağlı əlavə açıqlama verməyib. Kirbi ABŞ hökumətinin ölən şəxsin ailə üzvləri ilə əlaqədə olduğunu deyib.
Xatırladaq ki, aprelin 15-də Sudanın paytaxtı Xartum şəhəri və ətrafında ölkənin təhlükəsizlik qüvvələri arasında döyüşlər başlayıb. Həmin gündən bəri ölkənin 20-ə yaxın vilayətində toqquşmalar yaşanıb. Sudan ordusunun nümayəndələri onlara qarşı çıxan çevik hərəkət qüvvələrini (xüsusi təyinatlıları) "üsyançı" adlandırırlar.