Modern.az

Sabiq prezident həbsxanadan qaçdı

Sabiq prezident həbsxanadan qaçdı

23 Aprel 2023, 22:34

Sudanın paytaxtı Xartumda ölkənin devrilmiş prezidenti Ömər əl-Bəşir həbsxanadan qaçıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Al Araby” agentliyi məlumat yayıb.

 

"Sudanın devrilmiş prezidenti Ömər əl-Bəşir Xartumun şimalındakı Koper həbsxanasından çoxlu sayda məhbusun müşayiəti ilə qaçıb", - məlumatda bildirilib.

 

Qeyd edək ki, Ömər Həsən Əhməd əl-Bəşir hərbçi və dövlət xadimi, Sudanın keçmiş prezidentidir. O, 1989-cu ildə hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib, 30 ildən çox bu vəzifədə olub. Əl-Bəşir 2019-cu ilin aprelində Sudanda baş vermiş dövlət çevrilişi nəticəsində hakimiyyətdən uzaqlaşdırılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi