Modern.az

Əsas vəzifəmiz Rusiyanın qələbəsinə mane olmaqdır - Makron 

Əsas vəzifəmiz Rusiyanın qələbəsinə mane olmaqdır - Makron 

24 Aprel 2023, 00:07

Rusiya-Ukrayna müharibəsində Avropanın əsas vəzifələrindən biri Rusiyanın qələbəsinin qarşısını almaqdır.

 

Modern.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.

 

O qeyd edib ki, Avropa ölkələri müharibəni genişləndirməmək üçün prosesdə birbaşa iştirak etmir.

 

“Biz bu müharibədə iştirak etmirik. Bizim vəzifəmiz Ukraynaya sağ qalmasına kömək etmək, Rusiyanın qalib gəlməsinə imkan verməmək, bu müharibəni genişləndirməməkdir”, - Makron “Le Parisien” qəzetinə müsahibəsində deyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi