Nikol Paşinyan Ermənistan hökumətinin binasına buraxılmamalıdır.
Modern.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müxalif fraksiyasının deputatı İşxan Sağatelyan bildirib.
“Təcrübə göstərdi ki, daha mütəşəkkil mübarizə aparmaq lazımdır və indiki məqamda bizim vəzifəmiz xalqı üsyana hazırlamaqdan ibarət olmalıdır", - o deyib.
Sağatelyan qeyd edib ki, regionlarda əhval-ruhiyyənin dəyişdiyini görürlər, ancaq insanları ayağa qaldırıb düzgün yola yönəltməkdə çətinlik çəkirlər.