Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-a səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Telegram"da bildirib.
O, Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının iclasında iştirak edəcək.
Aprelin 24-də Lavrov BMT Nizamnaməsinin prinsiplərinin müdafiəsi ilə bağlı açıq debatda iştirak edəcək, ertəsi gün Yaxın Şərqlə bağlı debatda sədr olacaq.
Bundan əlavə, Lavrovun BMT-nin baş katibi Antonio Quterreşlə görüşü gözlənilir.
Qeyd edək ki, rusiyalı jurnalistlərə ABŞ vizası verilməyib. Lavrov bu qərarı axmaq hərəkət adlandırıb və bildirib ki, Moskva bunu “unutmayacaq və bağışlamayacaq”.