Modern.az

Meksika prezidenti 3-cü dəfə koronavirusa YOLUXDU

Meksika prezidenti 3-cü dəfə koronavirusa YOLUXDU

24 Aprel 2023, 08:28

Meksika prezidenti Andres Manuel Lopes Obrador yenidən koronavirusa yoluxub. 

 

Modern.az xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.

 

Hazırda özünü yaxşı hiss etdiyini deyən prezident Yukatan ştatına səfərini təxirə salmağa məcbur olub və yaxın günlərdə ənənəvi səhər mətbuat konfranslarını keçirməyəcək.


69 yaşlı prezident üçüncü dəfədir ki, koronavirusa yoluxur. O, ilk dəfə 2021-ci ilin yanvarında virusa yoluxub. İkinci dəfə 2022-ci ilin yanvarında, üç dəfə peyvənd edildikdən sonra yenidən xəstələnib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi