Modern.az

Qaribaşviliyə qarşı təxribat TÖRƏDİLDİ

Qaribaşviliyə qarşı təxribat TÖRƏDİLDİ

24 Aprel 2023, 09:24

Gürcüstanın Baş nazirinə qarşı təxribat törədilib.

 

Modern.az AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 23-də axşam saatlarında yük maşının sürücüsü polisin dayanma-durma işarəsinə tabe olmayaraq idarə etdiyi avtomobili Baş nazirin Dedoplisqaroradakı evinə çırpıb.

 

Hüquq-mühafizə orqanlarının əməkdaşları iki saatdan sonra yük maşınının sürücüsünü saxlayıblar. Hadisənin təsadüfü səhlənkarlıq və ya düşünülmüş hərəkət olması barədə hələlik açıqlama verilmir. Lakin sürücü barəsində cinayət işi açılıb, araşdırma aparılır.

 

Baş nazir İrakli Qaribaşvili və onun ailəsi, eləcə də yerli sakinlər hadisə barədə məlumat vermirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi