Modern.az

Qazaxıstan 9 Mayda hərbi parad keçirməyəcək - SƏBƏB

Qazaxıstan 9 Mayda hərbi parad keçirməyəcək - SƏBƏB

24 Aprel 2023, 11:59

Qazaxıstan Vətənin Müdafiəçisi Günü (7 May) və Qələbə Gününə (9 May) həsr olunmuş hərbi parad keçirmək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.

 

Nazirlik bildirib ki, paradın keçirilməməsinə səbəb büdcəyə qənaət etməkdir. "Prioritet Qazaxıstan Silahlı Qüvvələrinin bölmələrinin lazımi döyüş hazırlığı və mobillik səviyyəsini saxlamaqdır", - açıqlamada deyilir.

 

Qeyd edək ki, Qazaxıstanda sonuncu dəfə hərbi parad 2019-cu ildə keçirilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi