Modern.az

Bakı vəziyyəti dəyişdi - Sərhəd məntəqəsinin yaradılmasına Rusiyadan REAKSİYA

Bakı vəziyyəti dəyişdi - Sərhəd məntəqəsinin yaradılmasına Rusiyadan REAKSİYA

24 Aprel 2023, 12:30

Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına Rusiyadan gözlənilən reaksiya gəlib.

 

Qonşu ölkənin tanınmış politoloqları Moskvanın rəsmi mövqeyinə istinad edərək, Azərbaycanın sərhəd-buraxılış məntəqəsi yaratmaqla doğru addım atdığını, sülh danışıqlarından qaçan Ermənistanın isə layiq olduğu cavabı aldığını düşünürlər.

 

Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov Moskvanın mövqeyini Modern.az-a şərh edərək bildirib ki, Azərbaycanın Laçın-Xankəndi yolunda sərhəd-buraxılış məntəqəsi qurması çox ciddi addımdır:

 

 

"Azərbaycan bununla vəziyyəti dəyişmiş olacaq. Bu, ona dəlalət edir ki, artıq həmin ərazidən Qarabağa gizli şəkildə mina, silah-sursat və hərbi teknikalar daşınmayacaq. Ötən günlərdə sübut olundu ki, həmin ərazilərdə Ermənistan tərəfindən 2021-ci ildə istehsal olunn minaların basdırılmasına dair çoxlu nümunələr var. Bununla da belə hadisələrin qarşısı alınmış olacaq".

 

"Həmçinin qeyd etmək lazımdır ki, Azərbaycan nəzarət-buraxılış məntəqəsini Rusiya ilə razılaşdıraraq qurub. Ermənistan bu prosesdən dərs çıxarmalıdır. Ermənistanın Qərbdən istədiyi dəstək kifayət etməyəcək. Bundan sonra Qarabağda vəziyyət daha aydın olacaq”, - deyə Sergey Markov vurğulayıb.

 

 

Rusiyalı politoloq, tarix elmləri namizədi, Rusiya Federasiyasının Etnik və beynəlxalq araşdırmalar mərkəzinin elmi direktoru Anton Bredix isə Azərbaycanın sərhəd-buraxılış məntəqəsi yaratmaqla son dərəcə önəmli gediş etdiyini söyləyib. 

 


“Bu, əslində Azərbaycanın Ermənistanın 2020-ci il üçtərəfli sazişlərinə əməl etməməsinə cavabıdır. Sülh müqaviləsi yoxdur, bu o deməkdir ki, məsələni sərt şəkildə həll etmək lazımdır. Ermənistandan müsbət nəticə gözləməyə dəyməz. Heç gözləmək lazım deyil. İrəvan danışıqlardan qaçırdı və indi də nəticəsini görür”,- deyə Anton Bredix bildirib.

 

Xatırladaq ki, ötən gün Azərbaycan Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub. Rəsmi məlumata görə, 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə və Ermənistan tərəfindən aprelin 22-də birtərəfli qaydada Azərbaycan ilə sərhəddə Laçın-Xankəndi yolunun girişində nəzarət buraxılış məntəqəsinin qurulmasına adekvat olaraq aprelin 23-ü saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulub.
 

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı