Aprelin 30-da Türkiyə Super Liqasının 32-ci həftəsində "Qalatasaray" klubu səfərdə "Beşiktaş" komandasının qonağı olacaq.
Modern.az xəbər verir ki, derbi görüşü "Vodafone Park" stadionunda keçiriləcək.
Polis "Qalatasaray" tərəfdarlarının derbiyə buraxılmayacağını açıqlayıb. İstanbul polisi qərarın səbəbini açıqlamayıb.