Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop ukraynalı həmkarı ilə görüşüb.
Modern.az xəbər verir ki, spiker bu barədə tviter səhifəsində paylaşım edib.
"Avropa İttifaqı Parlament Sədrləri Zirvəsi üçün gəldiyimiz Praqada Ukrayna parlamentinin spikeri Ruslan Stefançukla bir araya gələrək məhsuldar görüş keçirdik. Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü güclü şəkildə dəstəklədiyimizi bir daha ifadə etdiyimiz görüşdə Türkiyə olaraq prosesin başında olduğu kimi qlobal sülhün təsisi üçün diplomatik mübarizəmizi davam etdirəcəyimizi bildirdik. Arzumuz savaşın daha çox itkiyə, dağıntıya və zərərə yol açmadan tez bir şəkildə bölgəmiz üçün qalıcı, Ukrayna üçün ədalətli sülhlə sonlanmasıdır", - deyə o qeyd edib.
Avrupa Birliği Parlamento Başkanları Zirvesi için bulunduğumuz Prag'da, Ukrayna Parlamento Başkanı @r_stefanchuk ile bir araya gelerek verimli bir görüşme gerçekleştirdik.
— Mustafa Şentop (@MustafaSentop) April 24, 2023
Ukrayna'nın bağımsızlığını ve toprak bütünlüğünü güçlü şekilde desteklediğimizi bir kez daha ifade… pic.twitter.com/8QUPZE3gBy