Modern.az

Rusiya Xəzər dənizi vasitəsilə İrandan silah DAŞIYIR

Rusiya Xəzər dənizi vasitəsilə İrandan silah DAŞIYIR

24 Aprel 2023, 17:32

Rusiya Xəzər dənizi vasitəsilə İrandan külli miqdarda artilleriya mərmisi və digər döyüş sursatları daşıyır.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “The Wall Street Journal” qəzeti adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.

 

Bildirilir ki, son altı ayda Rusiya yük gəmiləri İrandan 300 mindən çox artilleriya mərmisi və bir milyon patron daşıyıb.

 

Mənbənin sözlərinə görə, mərmi və patronların sonuncu partiyası martın əvvəlində Rusiyanın “Rəsul Qəmzətov” yük gəmisi ilə göndərilib. Gəmi ilə Rusiyaya 2000 artilleriya mərmisi aparılıb.

 

Qəzet yazır ki, ABŞ və müttəfiqləri Rusiyanın İrandan silah tədarükünü dayandırmaq üçün yollar axtarırlar. ABŞ rəsmiləri bildiriblər ki, İran Rusiyaya silah çatdırmaq üçün əsasən yük təyyarələrindən istifadə edib və bunun qarşısını almaq mümkün deyil. Məlumata görə, dəniz yolu ilə daşımaların qarşısını almaq üçün Vaşinqton Xəzər dənizi sahilindəki ölkələrdən yardım istəyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi