Modern.az

Ukraynadan idxal qadağası ilə bağlı Leyenə müraciət olundu

Ukraynadan idxal qadağası ilə bağlı Leyenə müraciət olundu

24 Aprel 2023, 17:54

Avropa Biznes Assosiasiyası Avropa Komissiyasının prezidenti Ursula fon der Leyendən və Avropa Komissiyasının Ticarət üzrə Baş Direktorluğunun İcraçı vitse-prezidenti Valdis Dombrovskisdən Polşa, Macarıstan və Slovakiya hökumətlərinin Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını qadağan etməklə bağlı son qərarlarının təcili nəzərdən keçirilməsinə kömək etməyi xahiş edib.

 

Modern.az xəbər verir ki, bu barədə "Strana" nəşri yazıb.

 

“Axı belə tələsik qərarlara görə Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracından asılı olan ölkələrin ərzaq təhlükəsizliyi təhdid altındadır. Üstəlik, bu cür qadağalar birbaşa Avropa qanunlarının pozulmasıdır", - müraciətdə deyilir.

 

Bundan əvvəl Polşa, Macarıstan və Slovakiya Ukraynanın kənd təsərrüfatı məhsullarının idxalına qadağa qoyub. Ötən həftə Polşa həmçinin təzə və emal olunmuş meyvə-tərəvəz, dondurulmuş giləmeyvə kimi məhsulların idxalını məhdudlaşdırıb.

 

Macarıstan isə Ukraynadan idxalı qadağan edilən kənd təsərrüfatı məhsullarının siyahısını genişləndirib. Əlavə olaraq taxıl, yağ, ət, bal və un, ümumilikdə 25 kənd təsərrüfatı məhsullarının idxalı qadağan olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi