Modern.az

“Meşə qurdları” Azərbaycana da ağac göndərirmiş – Kriminal

“Meşə qurdları” Azərbaycana da ağac göndərirmiş – Kriminal

24 İyun 2013, 14:28


Modern.az xəbər verir ki, Uzaq Şərqdə Rusiya meşələrindəki ağacların kəsilməsi və xaricə satılması ilə məşğul olan transmilli cinayətkar dəstə ifşa olunub. Bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyinin Uzaq Şərq Federal Dairəsi üzrə baş idarəsinin rəisi Yevgeniy Kujel verib. İlkin məlumatlara görə, yerli sakinlərlə yanaşı, Azərbaycan, Çin Xalq Respublikası və Ermənistan vətəndaşlarının da daxil olduğu “ağackəsənlər” dəstəsi Priamurye diyarındakı 3 rayonda yerləşən nadir ağacları kəsməklə məşğul olub. Bununla yanaşı, dəstənin fəal üzvləri diqqətlə hazırladıqları cinayət hərəkətlərində radioəlaqə, müşahidə və konspirasiyanın müxtəlif metodlarından istifadə edirdilər. Hüquq-mühafizə orqanları “ağacdoğrayanlardan” 40 qədər odlu silah üçün mərmi və külli miqdarda pul vəsaiti müsadirə edib. Təxmini hesablamalara görə, cinayətkar dəstənin fəaliyyətindən 150 milyon rubla yaxın zərər dəyib.

  Modern.az        
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama