Modern.az

İsraildə terror hücumu - 8 nəfər yaralandı

İsraildə terror hücumu - 8 nəfər yaralandı

Dünya

24 Aprel 2023, 19:16

Aprelin 24-də Yerusəlimin mərkəzində, Mahane Yehuda bazarı yaxınlığında naməlum şəxs avtomobillə insanların üzərinə hücum edib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrailin "Kan" telekanalı məlumat yayıb.

 

Bildirilib ki, hücum nəticəsində 8 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyəti ağır, digərinin durumu orta ağırdır. Hücum həlak olan hərbçilərin və terror qurbanlarının anım gününün başlamasına bir neçə saat qalmış baş verib.

 

İsrail rəsmiləri hücumun terror aktı olduğunu açıqlayıb. Məlumata görə, hücum edən şəxs yerindəcə zərərsizləşdirilib. 

 

İsrailin baş naziri Benyamin Netanyahu hadisə baş verən ərazinin yaxınlığında olub.

 

"Terrorçular yəhudiləri bu torpaqdan qovmağı gözləyirlər, lakin bu plan ordu və polis sayəsində həyata keçirilməyib", - deyə Netanyahu bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi