Modern.az

Putin dublyordan istifadə edir? - Peskov açıqladı

Putin dublyordan istifadə edir? - Peskov açıqladı

Dünya

24 Aprel 2023, 20:26

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov dövlət başçısı Vladimir Putinin dublyorunun olması barədə iddialara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, Rusiyanın “Bilik” cəmiyyəti tərəfindən təşkil edilən mərasimdə danışıb.

 

O, Putinin dublyorunun olması haqda iddiaları yalan adlandırıb. 

 

“Yəqin eşitmisiniz ki, Putin bunkerdə olarkən onun yerinə dublyor işləyir. Bəli, bəli, başqa yalan, başqa yalan. Əlbəttə, o, heç vaxt heç bir bunkerdə oturmayıb. Bu da yalandır”, - Peskov deyib.

 

Dmitri Peskovun sözlərinə görə, Rusiya prezidentinin səhhətində heç bir problem yoxdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi