Türkiyədə 6 günlük sakitlikdən sonra yenidən toqquşmalar başlayıb. Gecə Taksim meydanına yığışan etirazçılara qarşı polis su şırnaqları ilə müdaxilə edib. Ətraf evlərin sakinləri etirazçılarla həmrəylik nümayiş etmək üçün boş qazanları qaşıqla döyəcləyiblər. Nümayiş iştirakçıları isə polisə tərəf güllər ataraq onları etirazlara qoşulmağı təklif edib. Lakin polis qısa müddət ərzində ərazini etirazçılardan təmizləyib.
Daha şiddətli toqquşmalar isə paytaxt Ankaram şəhərində baş verib. Şəhərin bir neçə mərkəzi küçəsində barrikada quran etirazçılara qarşı polis gözyaşardıcı qaz tətbiq edib. Yenidən əhalinin ayağa qalxmasına səbəb isə Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın öz tərəfdarları qarşısında çıxışı zamanı etirazların xaricdən maliyyələşdirildiyini bildirməsi olub. “ Onlar məscidlərə ayaqqabıda girərək hicablı qızların yanında spirtli içkilər içirlər. Lakin bizim bircə duamız onların bütün niyyətlərini alt-üst etməyə qadirdir”, – deyə Ərdoğan tərəfdarlarına müraciət edib.
Vüqar İsmayılov