Rusiyanın Moskva vilayətinin Pavlovski Posad bölgəsində iki pilotsuz uçuş aparatı (PUA) aşkar edilib.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, PUA üzərində partlayıcı aşkar olunmayıb.
Qeyd edək ki, bu gün səhər saatlarında Pavlovski Posadın yaxınlığında təxminən 100 kiloqram ağırlığında PUA tapılıb.