İsrail ordusu yenidən Qəzza bölgəsini bombalayıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Qəzzadan İsrailə raket atılmasından sonra İsrail hərbi təyyarələri hücuma keçib. Qəzzanın Rəfah, Xan Yunus, Əz-Zəvayidə kəndlərinə aviazərbələr endirilib. Yayılan məlumatda qeyd olunur ki, ölən və yaralanan yoxdur.
Modern.az