Modern.az

Fransızlar Makronu seçdiklərinə görə peşmandır - SORĞU

Fransızlar Makronu seçdiklərinə görə peşmandır - SORĞU

24 Aprel 2023, 23:13

"Elabe" sosioloji xidmətlər mərkəzi fransızların Emmanuel Makronun hökuməti tərəfindən irəli sürülən qalmaqallı pensiya islahatına münasibətini öyrənmək üçün sorğu keçirib.

 

Modern.az xəbər verir ki, bu barədə BDM telekanalı məlumat yayıb.

 

Tədqiqat 22-24 aprel tarixlərində aparılıb və yaşı 18-dən yuxarı olan minə yaxın respondent iştirak edib.

 

Sorğunun nəticələrinə görə, respondentlərin 69%-i hesab edir ki, Makronun 2022-ci ildə ikinci müddətə yenidən prezident seçilməsi ölkəyə mənfi təsir göstərib.

 

Sorğu iştirakçılarından Fransa prezidentinə münasibətini ifadə etmək üçün istifadə etdikləri sözləri seçmək istənilib. Respondentlərin 44%-i “razılaşmamaq”, 42%-i “məyusluq”, 39%-i “qəzəb”, 26%-i “düşmənçilik”, 22%-i isə “laqeydlik” sözlərindən istifadə edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi