Ukraynanın baş naziri Denis Şmıqal aprelin 26-da İtaliyaya səfər edəcək.
Modern.az xəbər verir ki, bu barədə "Ansa" agentliyi məlumat yayıb.
O, Romada Ukraynanın bərpası ilə bağlı ikitərəfli konfransda iştirak edəcək və İtaliyanın baş naziri Giorgia Meloni ilə görüşəcək.
Aprelin 27-də Şmıqal Apostol sarayında Papa Fransisklə görüş keçirəcək.