Modern.az

İlham Əliyev və xanımı “Alov qüllələri”nə getdi - FOTOLAR

İlham Əliyev və xanımı “Alov qüllələri”nə getdi - FOTOLAR

Təhsil

24 İyun 2013, 14:48

Bu gün Bakıda, “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” otelinin açılışı olub. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.
Dövlətimizin başçısı “Fairmont Baku” otelinin rəmzi açılışını bildirən lenti kəsib.
Oteldə yaradılmış şəraitlə tanışlıq zamanı Azərbaycan Prezidentinə və xanımına məlumat verildi ki, 784 yerlik mehmanxanada 319 nömrə vardır.

Kompleksin 37 mərtəbəli mehmanxana qülləsinin hündürlüyü 163 metrdir. Buradakı konfrans, iclas, idman zalları, restoranlar və s. ən müasir standartlara cavab verir.
Sonra Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb.
Dövlətimizin başçısı “Fairmont Baku” mehmanxanasında yaradılmış şəraitdən məmnunluğunu bildirdi.  


Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama