Modern.az

İlham Əliyev Bolqarıstanda səfərdədir - YENİLƏNİB

İlham Əliyev Bolqarıstanda səfərdədir - YENİLƏNİB

25 Aprel 2023, 11:26

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasına işgüzar səfərə gedib.

 

Modern.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Sofiya şəhərinin hava limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Prezident İlham Əliyevi Bolqarıstanın Baş nazirinin iqtisadi siyasət üzrə müavini, nəqliyyat və kommunikasiya naziri Hristo Aleksiev, Prezidentin xarici əlaqələr üzrə katibi Roussi İvanov və digər rəsmi şəxslər qarşılayıblar.

 

***

09:30

 

Azərbaycan Prezidenti İlham Əliyevin bu gün Bolqarıstana səfəri gözlənilir.

 

Modern.az xəbər verir ki, bu barədə Bolqarıstanın "Standart news" nəşri yazıb.

 

Bildirilir ki, Bolqarıstan və Azərbaycan prezidentləri Rumen Radev və İlham Əliyev bu gün Sofiyada Bolqarıstan ("Bulqartransqaz"), Rumıniya (Transqaz), Macarıstan (FGSZ), Slovakiya (Eustream) və Azərbaycanın (SOCAR) qaz nəqli sistemlərinin operatorları arasında əməkdaşlığı təşviq etmək məqsədilə Anlaşma Memorandumunun imzalanması mərasimində iştirak edəcəklər.

 

Mərasimdən sonra prezidentlər Rumen Radev və İlham Əliyev Sofiyada SOCAR-ın ofisinin açılışını edəcəklər.

 

"Azərbaycan Dövlət Neft Şirkətinin ölkəmizdə nümayəndəliyinin açılması haqqında ötən ilin sentyabrında iki dövlət başçısı arasında razılıq əldə olunub", - deyə nəşr qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı