
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Jan-Klod Minyon Azərbaycan və Ermənistan nümayəndə heyətləri ilə Qarabağ münaqişəsini müzakirə etmək istədiyini bildirib.
“Mən fürsətdən istifadə edib Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında bu məsələni müzakirə etmək istərdim”, – deyə mətbuat konfransında Qarabağla bağlı sualı cavablandırarkən J.K.Minyon deyib. Lakin parlament sədri bunun nə vaxt baş verəcəyini dəqiqləşdirməyib.
J. K. Minyon Parlament Assambleyası çərçivəsində Qarabağ üzrə komissiyanın olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, “Minsk Qrupu tərəfindən hazırlanan “Madrid prinsipləri” bu istiqamətdəki danışıqlar üçün əsas məsələdir”.
Modern.az