Modern.az

808 abituriyent imtahanda “2” aldı

808 abituriyent imtahanda “2” aldı

24 İyun 2013, 15:46


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2013-cü il iyunun 23-də Bakı və  Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənnindən imtahan  keçirib. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, imtahanın nəticələri həmin gün – iyunun 23 – də qurumun rəsmi internet saytında //tqdk.gov.az/netazd/  yerləşdirilib. Abituriyentlər imtahan nəticələri barədə məlumatı Azercell, Bakcell və Nar Mobile nömrələrindən iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.   

İmtahanda iştirak etmiş  1666 abituriyentdən 858 nəfəri tələb olunan müsabiqə şərtini ödəyərək “məqbul” qiyməti alıblar.

Azərbaycan dili imtahanından məqbul qiyməti almayan rus bölməsinin abituriyentləri 2013/2014-ci tədris ili üçün Azərbaycan Respublikasının  ali  məktəblərinə  və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə keçiriləcək qəbul imtahanlarında iştirak etmək hüququnu itirirlər. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama