Qazaxıstanda 4.7 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, bu barədə "Kazinform" agentliyi məlumat yayıb.
Zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən şimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib. İtki və dağıntı barədə məlumat yoxdur.