Modern.az

“Şeron” qrupu Hüseyn Abdullayevə qarşı

“Şeron” qrupu Hüseyn Abdullayevə qarşı

24 İyun 2013, 16:45


Sabah “Şeron” qrupunun bəstəkar Hüseyn Abdullayevə etiraz konfransı keçirəcəyi barədə məlumat yayılıb. Qrupun üzvü Tərlan Ələkbərov da Modern.az-a verdiyi açıqlamada bunu təsdiqləyib. Onun sözlərinə görə, mətbuat konfransını təşkil edən “Şeron”un digər üzvü Ülvi Cəfərovdur.

“Təşkilatçı mən deyiləm. Buna görə də heç mətbuat konfransının harda keçiriləcəyini də bilmirəm”.

  Qeyd edək ki, sabiq millət vəkili və bəstəkar Hüseyn Abdullayevə məxsus “Susma” adlı mahnını ifa edən “Şeron” qrupuna qarşı təzyiqlər olduğu bildirilir. Hətta bir müddət əvvəl müğənnilərin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılması barədə xəbərlər də yayılıb.       

Gültəkin ƏLƏSGƏR


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama