Modern.az

Məktəbdə qumar oynayan şagirdlərin valideynləri CƏRİMƏLƏNDİ

Məktəbdə qumar oynayan şagirdlərin valideynləri CƏRİMƏLƏNDİ

Təhsil

25 Aprel 2023, 15:48

Mingəçevirdə məktəbdə şagirdlər arasında qumar oynanılması aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib.

 

O deyib ki, şəhər ərazisində yerləşən məktəbdə şagirdlərin qumar oyunları oynamaları iddiaları ilə bağlı yayılan görüntülər əsasında şəhər polis şöbəsində araşdırma aparılıb. Videoda görüntülənən məktəblilərin XI sinif şagirdləri olduqları və dərsdən sonra sinif otağında pulla kart oyunları oynadıqları məlum olub.

 

Valideynlərinin iştirakı ilə onlarla müvafiq izahat işləri və profilaktiki söhbətlər aparılıb.

 

Valideynləri barəsində isə İnzibati Xətalar Məcəlləsinin 189-cu (Uşaqların təlim-tərbiyəsi vəzifələrinin valideynlər və ya onları əvəz edən şəxslər tərəfindən yerinə yetirilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi