Modern.az

Cansu Bektaşa Azərbaycan bayrağı verildi - FOTO

Cansu Bektaşa Azərbaycan bayrağı verildi - FOTO

Diaspor

25 Aprel 2023, 16:10

Türkiyənin Giresun şəhərində fəaliyyət göstərən Giresun Azərbaycanlılar Dərnəyində İrəvanda keçirilmiş ağır atletika üzrə Avropa çempionu Cansu Bektaşla görüş keçirilib. 

 

Giresunlu atleti salamlayan dərnək sədri Elgün Məmmədov parlaq qələbəsi münasibətilə Cansu Bektaşı təbrik edib. Azərbaycan-Türkiyə qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdiyi üçün ona minnətdarlığını bildirib, bundan sonrakı həyatında və karyerasında uğurlar arzulayıb. Eyni zamanda Ermənistanın qeyri-etik və mədəniyyətdən uzaq davranışının ilk dəfə baş vermədiyinə diqqəti cəlb edib. Bu cür halların bir daha təkralanmaması naminə belə mötəbər yarışmaların Ermənistanda deyil, başqa ölkələrdə təşkil edilməsinin vacibliyini vurğulayıb.

 

Cansu Bektaşi bildirib ki, İrəvanda qarşılaşdığı irqçi davranışlara rəğmən, qalib gəldiyi və qalibiyyətini qardaş Azərbaycana həsr etdiyi üçün qürur duyur. 

 

Dərnək adından Cansu Bektaşa Azərbaycan bayrağı və təşəkkür plaketi təqdim olunub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər