Modern.az

30 yaşlı qadın 10 gündür itkin düşüb - FOTO

30 yaşlı qadın 10 gündür itkin düşüb - FOTO

25 Aprel 2023, 18:07

Şəkidə 30 yaşlı qadın itkin düşüb.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupundan Modern.az-a verilən məlumata görə, Şəki rayonunun Zunud kənd sakini, 1993-cü il təvəllüdlü Məmmədova Tünzalə Etibar qızı aprel ayının 15-i günorta saatlarında evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək geri qayıtmayıb.

 

Tünzalə Məmmədovanın əlamətləri bunlardır: Boyu 155 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində ağ rəngli köynək, köynəyin üzərindən qara jilet və qara rəngli şalvar olub.

 

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, eləcə də Şəki Şəhər Rayon Polis Şöbəsinin (024)244-25-50 şəhər və 055-628-00-84 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?