Modern.az

Elçibəydən yazan jurnalistlər mükafatlandırıldılar

Elçibəydən yazan jurnalistlər mükafatlandırıldılar

24 İyun 2013, 18:09

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) qərargahında Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illiyi ilə əvvəlcədən elan edilən “Əbülfəz Elçibəy və Milli Azadlıq Hərəkatı” mövzusunda keçirdiyi müsabiqənin nəticələri ilə bağlı tədbir keçirilib

BAXCP-nin sədr müavini, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bildirib ki, BXCP idarə heyəti Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin 75 illiyi ilə bağlı müsabiqə elan edib. Onun sözlərinə görə, müsabiqəyə Əbülfəz Elçibəyin ruhunu əziz tutanlar, onun barəsində danışmaqdan, karyera xatirinə onun barəsində yazmaqdan çəkinməyənlər yazı verib: “Biz də öz imkanlarımız çərçivəsində həmin yazıları dəyərləndirmişik. Dəyərləndirmə ilk növbədə yazının bədii və daşıdığı informasiya yükünə görə olub. Müraciət edən dostlarımızın heç birini bu prosesdən kənarda qoymamışıq”.

Daha çıxış edən BAXCP sədri Qüdrət Həsənquliyev Əbülfəz Elçibəyin hələ gənc yaşlarından azadlıq yolunda mücadilə etdiyini tədbir iştirakşılarının diqqətinə çatdırıb. Onun sözlərinə görə, Əbülfəz Elçibəy ömrü boyu apardığı mübarizə ilə bugünkü gənclərə böyük bir qoyub: “Elçibəydən ayrı-ayrı partiyalar yaralanmağa çalışıb. Amma biz onun ideyalarını birləşdirərək bügünkü təbliğ edirik və Elşibəyin böyük türk oğlu olmasını cəmiyyətə aşılayırıq. Çox təəssüflər olsun ki, özünün davamçısı saydığı insanlar bu gün maraqları üçün Əbülfəz Elçibəydən siyasi konyuktura naminə istifadə edirlər. Belə insanların aşkar edilməsində və cəmiyyətdə ifşa olunmasında bizlər əlimizdən gələni etməliyik”.

Sonra isə müsabiqənin qalibləri açıqlanıb. Birinci yeri “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal, 2-ci yeri “Ədalət” qəzetinin müxbiri Ədil Ədilzadə, 3-cü yeri müstəqil jurnalist Elnur Eltürk tutub. “Bakuinfo.az” saytının əməkdaşı Seymur Həsənli isə həvəsləndirici mükafata layiq görülüb.

Mükafatlandırma mərasimindən sonra partiya funsionerləri Əbülfəz Elçibəylə bağlı öz fikirlərini bölüşüblər.

Modern.az    

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama