Modern.az

Məşhur amerikalı müğənni vəfat etdi

Məşhur amerikalı müğənni vəfat etdi

Mədəniyyət

25 Aprel 2023, 19:11

Amerikalı müğənni, aktyor Harri Belafonte vəfat edib.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

 

O, 96 yaşında Nyu-Yorkdakı evində dünyasını dəyişib. Ölümün səbəbi xroniki ürək çatışmazlığıdır.

 

Harri Belafonte 1927-ci il martın 1-də Nyu-Yorkda Yamayka və Martinikadan olan mühacirlərin ailəsində anadan olub. İkinci Dünya Müharibəsi zamanı o, azyaşlı olmasına baxmayaraq, ABŞ Hərbi Dəniz Qüvvələrində xidmət edib. Tərxis olunduqdan sonra Nyu-Yorkda aktyorluq kurslarına yazılıb, yerli teatrlarda tamaşalarda və musiqili tamaşalarda rol almağa başlayıb.

 

1956-cı ilin may ayında Belafonte 1 milyon nüsxədən çox satılan ilk musiqi albomunu buraxıb.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu