Modern.az

Azərbaycanda təkrar buraxılış imtahanı keçirilir

Azərbaycanda təkrar buraxılış imtahanı keçirilir

25 İyun 2013, 09:18

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 25-də buraxılış imtahanları keçirilir. İmtahan respublikanın 9 şəhərdə - Bakı, Naxçıvan, Gəncə,  Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Qubada keçirilir.

TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirilib ki, bu imtahanda ümumi orta və tam orta təhsil səviyyələrini əvvəlki dərs illərində başa vurmuş, lakin müxtəlif səbəblərə görə yekun attestasiyası aparılmamış, eləcədə eksternat qaydasında attestasiyada iştirak etmək üçün bu il təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən qərar qəbul edilmiş şagirdlər iştirak edə bilərlər.

İmtahanlarında ümumilikdə ( 9 və 11-ci siniflər üzrə) 1050  (Bakıda 251, Naxçıvanda 14, Gəncədə 136,  Şəkidə 111, Ağcabədidə 37, Göyçayda 103, Şirvanda 134, Lənkəranda 143,  Qubada 121) şagirdin iştirakı gözlənilir. 

 İmtahanların keçirilməsi üçün ümumilikdə 9 imtahan mərkəzi ayrılmışdır. İmtahan prosesini idarə etmək üçün 12 imtahan rəhbəri, 98 nəfər isə zal nəzarətçisi cəlb olunub.

Bütün imtahan mərkəzlərində  buraxılış imtahanları eyni vaxtda  saat 12:00-da başlayacaq. 

Şagirdlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər: 
9-cu sinif şagirdləri: 
1. İmtahana buraxılış vərəqəsini ; 
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir). 
11-ci sinif şagirdləri: 
1. İmtahana buraxılış vərəqəsini; 
2. şəxsiyyəti təsdiq edən sənədin əslini (Şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnaməsi olmayan və yaxud şəxsiyyət vəsiqəsində şəkli olmayan cari ilin məzunları üçün arayış - Əlavə 9 (arayışa şagirdin 3 x 4 sm ölçülü şəkli yapışdırılır və möhürlə təsdiqlənir); 

  Buraxılış imtahanının qaydalarına görə: 
- Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün -Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları Komissiyanın internet saytında yerləşdirilmişdir. 
İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. 
- Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. 
- Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. 
- Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir. 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU