İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Omana səfər edib.
Modern.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər zamanı Abdullahian Oman rəsmiləri ilə görüşəcək.
Omanda keçiriləcək görüşlərdə ikitərəfli əlaqələr, mühüm regional və beynəlxalq məsələlər müzakirə ediləcək.