Modern.az

Türkiyə Azərbaycanla bağlı sənədləri TƏSDİQLƏDİ

Türkiyə Azərbaycanla bağlı sənədləri TƏSDİQLƏDİ

26 Aprel 2023, 08:00

Türkiyə Azərbaycanla bağlı bir sıra sazişləri təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə “Resmi gazete”də qərar dərc olunub.

 

Belə ki, Türkiyə Respublikası Azərbaycan Respublikası ilə toxumçuluq sahəsində əməkdaşlıq haqqında Sazişi təsdib edib.

 

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında toxumçuluq sahəsində əməkdaşlıq haqqında Saziş” 2022-ci il noyabrın 4-də Bakı şəhərində imzalanıb və 16 dekabr 2022-ci ildə təsdiqlənib.

 

Türkiyə, həmçinin Azərbaycanla bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında sazişi təsdiqləyib.

 

Eyni zamanda Türkiyə Azərbaycanla gənclər və idman sahələrində əməkdaşlıq haqqında sazişi təsdiq edib. Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gənclər və idman sahələrində əməkdaşlıq haqqında saziş 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara qarşı vəhşilik - Dəhşətli faktlar üzə çıxdı