Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfərindən sonra keçirilən mətbuat konfransında Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş ehtimalından danışıb.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
O qeyd edib ki, liderlər görüşünün vacib olacağını başa düşürlər. Aprelin 27-də Akkuyu AES-ə nüvə yanacağının tədarükü mərasiminin planlaşdırıldığı zaman iki ölkə liderləri arasında görüş ehtimalı var. "Mən bundan çıxış edirəm ki, prezidentlər belə bir görüşün vacib olacağını başa düşürlər", - Lavrov deyib.
Qeyd edək ki, aprelin 19-da Ərdoğan Putinin aprelin 27-də Akkuyuya nüvə yanacağının çatdırılması mərasimində videobağlantı vasitəsilə iştirak edəcəyini açıqlayıb.