Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Xocasən gölündə çimən 3 uşaq boğulub. Modern.az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat verib. Rəsmi məlumata görə, hadisə barədə nazirliyin “112” qaynar telefon xəttinə xəbər verilib. Məlum olub ki, Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Xocasən gölündə çimən 2001-сi il təvəllüdlü Həsən Mütəllim oğlu Bədəlov, 2001-ci il təvəllüdlü Baloğlan İbrahim oğlu Sadıqov və 2002-ci il təvəllüdlü Rauf Vüqar oğlu Əbilov batıbla. Onların cəsədləri Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Modern.az