Modern.az

İncəsənət Məktəbində YEYİNTİ - Cinayət işi AÇILDI

İncəsənət Məktəbində YEYİNTİ - Cinayət işi AÇILDI

Təhsil

26 Aprel 2023, 15:22

Zaqatala rayon Uşaq İncəsənət Məktəbində aşkar edilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanılıb.

 

Bu barədə Modern.az-a rayon prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, məktəbdə aşkar edilmiş qanunsuzluqlarla bağlı vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

 

Araşdırma zamanı qeyd edilən təhsil müəssisəsinin vəzifəli şəxsləri tərəfindən xeyli miqdarda dövlət əmlakının mənimsənilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

 

İbtidai istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi