Modern.az

Zelenski müharibədən sonra ilk dəfə Çin lideri ilə DANIŞDI

Zelenski müharibədən sonra ilk dəfə Çin lideri ilə DANIŞDI

Dünya

26 Aprel 2023, 15:28

Ukrayna prezidenti Volodimir Zelenski və Çin lideri Si Tsinpin arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb.

 

"Uzun və mənalı telefon danışığı apardıq. Bu zəngin və Ukraynanın Çinə səfir təyin etməsinin ikitərəfli əlaqələrimizin inkişafına güclü töhfə qazandıracağına inanıram", - deyə Zelenski qeyd edib.

 

Çin Xarici İşlər Nazirliyi bildirib ki, Zelenski ilə Si Tsinpin arasında söhbətin təşəbbüskarı Ukrayna tərəfi olub.

 

Ukrayna prezidentinin nümayəndəsi Sergey Nikiforov isə deyib ki, söhbət bir saata yaxın davam edib.

 

"RİA Novosti" agentliyinin məlumatına görə, Çin lideri diqqətə çatdırıb ki, beynəlxalq vəziyyətdən asılı olmayaraq, Pekin Kiyevlə əməkdaşlığa hazırdır. O, həmçinin qeyd edib ki, Çin öz nümayəndəsini həlledici məsləhətləşmələr üçün Ukraynaya və digər ölkələrə göndərəcək.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi