Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında kritik telefon danışığı olub. Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazirin müavini Bülənt Arınc açıqlama verib.
Bir saatdan çox davam edən görüşdə tərəflər Suriya məsələsini müzakirə edərək Əsədə qarşı ciddi tədbirin görülməsi ətrafında fikir mübadiləsi aparıblar.
Əsədin xalqa qarşı kimyəvi silahdan istifadə etdiyinə toxunan rəsmilər Türkiyə və ABŞ-ın Suriya müxalifətini dəstəkləməyə davam edəcəklərini bildiriblər.
Modern.az