Modern.az

Rusiya XİN-dən Zelenski-Tsinpin danışıqlarına REAKSİYA

Rusiya XİN-dən Zelenski-Tsinpin danışıqlarına REAKSİYA

26 Aprel 2023, 16:32

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Çin lideri Si Tsinpin ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı haqda medianın sualını cavablandırıb.

 

Modern.az xəbər verir ki, Zaxarova bu barədə teleqram kanalında paylaşım edib.

 

"Biz Çin tərəfinin danışıqlar prosesinin qurulması üçün səy göstərməyə hazır olduğunu qeyd edirik. Fevralın 24-də Çin Xarici İşlər Nazirliyinin dərc etdiyi müvafiq mövqe sənədinin müddəaları ilə prinsipial yanaşmalarımızın geniş uzlaşmasını görürük. Bununla belə, biz hesab edirik ki, problem yaxşı planların olmamasında deyil. Hələlik Kiyev Ukrayna böhranının siyasi və diplomatik yolla nizamlanmasına yönəlmiş hər hansı məntiqli təşəbbüslərdən imtina etdiyini nümayiş etdirir və açıq-aşkar qeyri-real tələblərlə ultimatumlarla danışıqlara son razılıq verməklə şərtlənir", - XİN rəsmisi deyib.

 

"Ukrayna hakimiyyəti və onların Qərb kuratorları artıq sülh təşəbbüslərini həyata keçirmək bacarıqlarını nümayiş etdiriblər. Özlərinin etirafına görə, Minsk razılaşmaları yalnız vaxtı uzatmaq və hücum potensialını toplamaq üçün lazım idi. 2022-ci ilin yazında tərəflərin Kiyevin təklifi ilə əldə etdikləri, demək olar ki, hazır sülh sazişləri qəfil rədd edilib. V.Zelenski hətta Rusiya Federasiyasının prezidenti V.Putinlə hər hansı danışıqları qanunla qadağan edib", - deyə Zaxarova əlavə edib.

Bu xəbər ilə bağlı
Zelenski müharibədən sonra ilk dəfə Çin lideri ilə DANIŞDI
Xəbəri oxu
Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi