Modern.az

Müxalif partiya sədrlərindən İsa Qəmbərin oğluna ETİRAZ

Müxalif partiya sədrlərindən İsa Qəmbərin oğluna ETİRAZ

Ölkə

26 Aprel 2023, 18:25

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma "erməni soyqırımı" ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşım etiraz doğurub. 

 

“Bu gün erməni soyqırımının anım günüdür. Bir də heç vaxt”, - deyə tviterdə ermənilərin uydurma tarixini yad edən İ. Qəmbər tənqidlərdən sonra sosial media hesabını yalnız dostları üçün açıq edib. 

 

İsa Qəmbər yerli mediaya açıqlamasında oğlunun fikirləri ilə müəyyən məqamlarda razı olmadığını deyib. "Biz son illər, təxminən 7-8 ildir ki, görüşmürük. Bu məsələləri üz-üzə oturub müzakirə etmək imkanımız olmayıb", - deyə o bildirib.

 

Müsavatın keçmiş başqanı İlkin Qəmbərin qondarma "erməni soqırımı" ilə bağlı səhv mövqedə olduğunu və oğlunun paylaşımının özü üçün gözlənilməz olduğunu vurğulayıb.

 

Sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olan məsələyə müxalifət partiyalarının rəhbərləri də münasibət bildirib.

 

 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Modern.az-a açıqlamasında deyib ki, İsa Qəmbərin oğlunun qondarma "erməni soyqırımı" ilə bağlı mövqeyi düzgün deyil:


"1915-ci ildə Türkiyədə baş verən hadisələrin "soyqırımı" kimi qələmə verilməsi dünya tərəfindən qəbul olunmur. Biz Türkiyənin qardaş dövlət kimi yanındayıq və "erməni soyqırımı" uydurmalarını heç vaxt qəbul etmirik. İlkin Qəmbərin hansı motivlə belə fikir paylaşması haqqında məlumatım yoxdur. Ancaq onu qeyd edə bilərəm ki, İlkin Qəmbərin mövqeyi çox yanlışdır".


S.Cəlaloğlu vurğulayıb ki, Türkiyə indiyə qədər "erməni soyqırımı"nın olmadığını rəsmi şəkildə bəyan edib:

 

"Hətta bu məsələnin araşdırılması ilə bağlı beynəlxalq təşkilatlara çağırış edilib, lakin Ermənistan tərəfi bundan boyun qaçırıb. Hansısa azərbaycanlının qondarma "erməni soyqırımı"nı qəbul etməsi mənə görə yanlışdır. Görünür, o, özünü bir qədər ultra demokrat kimi göstərmək istəyir. İsa Qəmbər kimi milliyətçi bir adamın övladının bu cür siyasi səhv etməsi düzgün deyil. Hər halda onun fikri ilə ermənilərin yalanı gerçəyə çevrilməyəcək. İsa Qəmbər oğlunun səhvini deyə, oğlunun niyə belə bir açıqlama verməsini, hansı faktlara əsasən söyləməsini açıqlaya bilər".

 


Ümid Partiyasının sədri İqbal Ağazadə isə İsa Qəmbərin oğlunun paylaşımının təəssüf doğurduğunu söyləyib:


"Mən onsuz da hamını tanıyıram və hər kəsin mövqeyini bilirəm. Yəni onun təkcə tvitter hesabında olan yazısı deyil, həmin mövzuda yutubda 17 dəqiqəlik videosu var. Həmin filmin müəllifi elə İlkin Qəmbərin özüdür. Yəni məni artıq heç nə təəccübləndirmir. Sadəcə təəssüf edirəm".
 

Sizə yeni x var
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj