Modern.az

Ərdoğanın səhhəti necədir? - AÇIQLAMA

Ərdoğanın səhhəti necədir? - AÇIQLAMA

Dünya

26 Aprel 2023, 21:42

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sədr müavini Numan Kurtulmuş prezident Rəcəb Tayyib Ərdoğanın səhhəti barədə açıqlama verib.

 

Modern.az xəbər verir ki, o, dövlət başçısının sağlamlıq durumunun qaydasında olduğunu bildirib.

 

"Seçkiqabağı kampaniyanın gərgin rejimi ilə əlaqədar prezidentin mədəsində narahatlıq olub. Proqramını qaldığı yerdən davam etdirəcək. Sağlamlığı yetərincə qaydasındadır", - deyə Kurtulmuş qeyd edib.

 

Xatırladaq ki, ötən gün Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib. Ərdoğan mədəsinə soyuq olduğunu bildirib. Bu gün isə o, görüş və səfərlərin ləğv edildiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi